Daxil ol / Qeydiyyat
Məqalələrə geri dön
Sıfırdan necə Zirvəyə qalxmaq olar?

Sıfırdan necə Zirvəyə qalxmaq olar?

Bəzən insanın ən böyük gücü, sıfırdan başlamaq cəsarətində gizlənir. Bu gün Qafqazda ilk, dünyada isə ilk üçlükdə yer alan premium və ağıllı gözəllik salonu – Elbey Premium Beauty və qısa zamanda ölkə daxilində və xaricində tanınan Elbey Products brendinin sahibi olan Elbey Ağayevin hekayəsi də məhz bu cəsarətin real nümunəsidir. Elbeyin uğur yolu rahat başlanğıcdan keçməyib. O, gənclik illərində fəhləlik, ofisiantlıq və ağır fiziki işlər görərək həyatını qazanıb. Lakin bir gün belə şikayət etməyib - içində bir gün zirvəyə qalxacağına olan güclü inam onu hər gün bir addım irəli aparıb. Saç sənətinə olan marağı isə sadəcə maraq deyildi; bu, gələcək imzasının başlanğıcı idi. O, anladı ki, uğur üçün təkcə istedad kifayət deyil - hər gün öyrənmək, təkmilləşmək və hədəfə fokuslanmaq lazımdır. Balaca bir salonda başlayan bu yol zamanla böyük bir brendə, Azərbaycanın ən nüfuzlu saç sənəti markalarından birinə çevrildi. Bu hekayə göstərir ki, doğru istiqamət, çalışqanlıq və inam olduqda sıfırdan başlamaq insanı zirvəyə qədər aparır.